Vitse-prezident: "Voleybolçularımızı xaricdən qaytarmaq istəyirik"

Vitse-prezident: "Voleybolçularımızı xaricdən qaytarmaq istəyirik" "Aparıcı qadın voleybolçularımızı xaricdən qaytarmağın və klubları bərpa etməyin üzərində işləyirik".
Komanda
16 Mart , 2022 14:57
Vitse-prezident: Voleybolçularımızı xaricdən qaytarmaq istəyirik
Faiq Qarayev

"Aparıcı qadın voleybolçularımızı xaricdən qaytarmağın və klubları bərpa etməyin üzərində işləyirik".

Bunu "Report"a müsahibəsində Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayev deyib.

Federasiya rəsmisi yığmanın aparıcı voleybolçularının ölkə xaricində çıxış etdiyini xatırladıb: "Yəqin ki, yaxşı olacaq. Gənclər və idman naziri Fərid Qayıbovla, Milli Olimpiya Komitəsi (MOK) ilə görüşlərimiz belə qənaətə gəlməyimizə əsas verir. Növbəti ilə hazırlaşırıq. Heç olmasa, bir qadın və bir kişi komandamızın avrokubokda oynamasını istəyirik. Bu gün şəraitin necə olduğunu bilirsiniz. Azərbaycan MDB ökələri arasında voleybolda nə isə edə bilər".

Qayıbov iki ildən çoxdur ki, pandemiya səbəbindən gərginliyin olduğunu bildirib: "Pandemiya bütün Azərbaycan idmanına təsir edib. Lakin artıq hər şey geridə qalıb və gələcəyə baxırıq. Ötən il dekabrın 17-dən kişi və qadınlar arasında Azərbaycan çempionatına başlamışıq. Yeganə növük ki, çətin də olsa, 9 komanda ilə ölkə çempionatı keçiririk. Klublardan 5-i kişilər arasında Yüksək Liqada, 4-ü qadınlar arasında Superliqada mübarizə aparır".

Faiq Qarayevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi