Voleybol üzrə Azərbaycan Kubokunda qrup mərhələsinin son oyunları keçirilib

Voleybol üzrə Azərbaycan Kubokunda qrup mərhələsinin son oyunları keçirilib Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda qadınların mübarizəsində qrup mərhələsinin son oyunları keçirilib.
Komanda
30 Oktyabr , 2024 22:58
Voleybol üzrə Azərbaycan Kubokunda qrup mərhələsinin son oyunları keçirilib

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda qadınların mübarizəsində qrup mərhələsinin son oyunları keçirilib.

"Report" xəbər verir ki, günün ilk qarşılaşması A qrupunda yer alan "Azərreyl" və UNEC komandaları arasında baş tutub.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan matçda birincilər 3:0 hesabı ilə qələbə qazanıblar.

B qrupunda isə “Milli Aviasiya Akademiyası” “Murov Az Terminal”ı 3:1 hesabı ilə üstələyib.

A qrupunda “Gəncə” 6 xalla birinci, "Azərreyl" 3 xalla ikinci olub. B qrupunda isə 5 xala malik “Abşeron” birinci, 4 xalı olan “Milli Aviasiya Akademiyası” ikinci yeri tutaraq yarımfinala yüksəliblər.

Qeyd edək ki, noyabrın 1-də baş tutacaq yarımfinal mərhələsində “Gəncə” - “Milli Aviasiya Akademiyası” və “Abşeron” - "Azərreyl" görüşləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi