"Xəzri"nin basketbolçusu: "Əbəs yerə lider olmadığımızı göstərdik"

"Xəzri"nin basketbolçusu: "Əbəs yerə lider olmadığımızı göstərdik" "Bu qələbə ilə çempionatda əbəs yerə lider olmadığımızı göstərdik".
Komanda
2 Dekabr , 2023 12:01
Xəzrinin basketbolçusu: Əbəs yerə lider olmadığımızı göstərdik

"Bu qələbə ilə çempionatda əbəs yerə lider olmadığımızı göstərdik".

"Report"un məlumatına görə, bunu "Xəzri"nin oyunçusu Səid İsmayılov Azərbaycan Basketbol Liqasının VI turunda "Xırdalan"a 105:84 hesabı ilə qalib gəldikləri matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

19 yaşlı basketbolçu qarşılaşmaya istədikləri kimi başladıqlarını bildirib: "Komanda olaraq hər kəs çox yaxşı mübarizə apardı. Son üç turda yaxşı oyun sərgiləmirdik və bunun da təsiri çox idi. Bəzi klublar bizim qələbələrimizin artıq təsadüf olduğunu düşünməyə başlamışdılar. Bu qarşılaşmada hər kəs üzərinə düşəni uğurla yerinə yetirərək qalibiyyətdə böyük pay sahibi oldu".

İsmayılov öz çıxışı barədə də danışıb: "Bu da kollektivin çıxışına bağlı olan durumdur. Bugünkü 11 xal, 10 assist və 6 ribaund karyeramda bir ilk idi. Buna görə də çox xoşbəxtəm və komanda yoldaşlarıma minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, "Xəzri" 6 oyundan sonra 11 xalla liderdir.

Son xəbərlər

Orphus sistemi