“Hazırda 2021-ci ilin dövlət büdcəsinin tərtibi yekunlaşma mərhələsindədir”.
“Report”un xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-a müsahibəsində deyib.
“Qanunvericiliyin tələblərinə uyğun olaraq, Hesablama Palatası bununla bağlı öz rəyini təqdim edəcək. Mövcud şərtlərdən çıxış edərək Hesablama Palatası layihədə bir sıra məsələlərə diqqət yetirilməsini məqsədəmüvafiq hesab edir”, - V.Gülməmmədov əlavə edib.