"Hazırda ticarət və ictimai iaşə obyektlərində 24 mindən çox yeni nəsil e-kassa quraşdırılıb".
“Report” xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarovun sözlərinə görə, 2022-ci ilin sonunadək ölkədə olan bütün kassaların yeni nəsil kassalarla əvəz edilməsi nəzərdə tutulub.