Azərbaycanda dövlətə məxsus 3 kredit təşkilatı - "Azərbaycan Beynəlxalq Bankı" (ABB) və "Azər-Türk Bank" ASC-lər, eləcə də "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı (BOKT) gələn il büdcətə 120,95 milyon manat dividend ödəməlidir.
"Report" xəbər verir ki, bu barədə "2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.
Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 72 dəfə çoxdur.
ABB-nin dividend öhdəliyi 120 milyon manat (bu il olmayıb), "Azər-Türk Bank"ın dividend öhdəliyi 750 min manat (2 dəfə az), "Aqrarkredit"ın dividend öhdəliyi isə 200 min manat (11,1% çox) müəyyən edilib.