Fevralın 19-da, saat 12:00-da “A-Qrup Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 87A ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "A-Qrup Sığorta"nın illik maliyyə hesabatlarının müzakirə edilməsi daxildir.
Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.