ABA: Məsafədən bank hesablarının açılması proseduruna yenidən baxılmalıdır

ABA: Məsafədən bank hesablarının açılması proseduruna yenidən baxılmalıdır Azərbaycanda rəqəmsal transformasiya sahəsində aparılan islahatların davamı olaraq məsafədən bank hesablarının açılması proseduruna yenidən baxılmalı və günün tələblərinə uyğun təkmilləşdrilməlidir.
Maliyyə
3 Dekabr , 2024 10:55
ABA: Məsafədən bank hesablarının açılması proseduruna yenidən baxılmalıdır

Azərbaycanda rəqəmsal transformasiya sahəsində aparılan islahatların davamı olaraq məsafədən bank hesablarının açılması proseduruna yenidən baxılmalı və günün tələblərinə uyğun təkmilləşdrilməlidir.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.

"Maliyyə inkluzivliyinin inkişafında açar rolunu oynayan bank hesablarının açılması zamanı eyniləşdirmə tələblərinin tətbiqində pilləli yanaşmanı daha da dərinləşdirərək mövcud proseslər sadələşdirilməlidir", - deyə o qeyd edib.

Z.Nuriyevin sözlərinə görə, maliyyə bazarlarında innovativ həllərin tətbiqi prosesinin daha da sürətləndirilməsi üçün bu layihələrin təhlil edilməsi, planlaşdırılması və realizasiyaya hazırlanması məqsədilə innovasiya habının yaradılması diqqət mərkəzində saxlanılmalıdır: "Azərbaycan Mərkəzi Bankının innovasiya mərkəzinin yaradılması maliyyə bazarlarında real tətbiq ediləcək layihələrin reallaşdırılmasında mühüm rol oynayacaq".

Bundan başqa, o deyib ki, ödəniş kartları bazarının inkişafı və əlverişli tarif siyasətinin tətbiqi məqsədilə yerli və xarici ödəniş sistemi operatorlarının mövcud tarif siyasəti təhlil edilməli, mümkün ola biləcək sui-istifadə halları və bazara mənfi təsir effektləri məhdudlaşdırılmalıdır.

"Həyata keçiriləcək islahatların davamı olaraq, infrastrukturn dayanıqlı fəaliyyətinin təmin edilməsi, baş verə biləcək risklərin zamanında qarşısının alınması məqsədilə növbəti strateji dövrdə ödəniş ekosistemində təmsil olunan və fəaliyyəti lisenziyalaşdırılmayan kritik xidmət təchizatçılarının təyin edilməsini və onların fəaliyyətinin tənzimlənməsinin diqqətdə saxlanılmasını məqsədəuyğun hesab edirik. Ekosistem iştirakçıları ilə birgə kompleks formada həyata keçiriləcək bu və digər islahatlar ümumilikdə maliyyə bazarlarının etibarlı və dayanıqlı fəaliyyətinin təmin edilməsinə istiqamətlənir", - deyə Z.Nuriyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi