Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “ABB-İnvest İnvestisiya Şirkəti” QSC öz müraciəti əsasında "Bakı Fond Birjası" QSC-yə (BFB) üzv qəbul edilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, bununla da, Birjanın üzvü olan investisiya şirkətlərinin sayı 8-ə çatıb.
Xatırladaq ki, “ABB-İnvest İnvestisiya Şirkəti"ni bu ilin iyun ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) yaradıb. Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Nadir Mansur oğlu Babazadədir.
ABB bundan əvvəl də qiymətli kağızlar bazarının iştirakçısı olub. Banka məxsus "International Transaction System" MMC 2015-ci ildə bazardan kənarlaşdırılıb. Buna səbəb Azərbaycanda “Qiymətli kağızlar bazarı haqqında" yeni qanunun qüvvəyə minməsi olub. 4 illik fasilədən sonra - ABB-nin səhmdarlarının 11 oktyabr 2019-cu il tarixində keçirilmiş yığıncağında yeni investisiya şirkətinin yaradılmasına qərar verilib.