“Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC istiqraz buraxmağa hazırlaşır.
Bu barədə “Report”a şirkətdən bildirilib.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 7 500 ədəd (7,5 milyon manatlıq) istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək. Onları təxminən 20 investorun alacağı gözlənilir. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazlar 1 il dövriyyədə olacaq. Onların illik gəlirliyi 10%-dir. Faizlər aylıq ödəniləcək. Emissiyanın məqsədi dövriyyədə vəsaitin artırılmasıdır.
Xatırladaq ki, “ABC-Telecom” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır.