ABŞ-da ÜDM-in son 70 ildə ən böyük artımı gözlənilir

ABŞ-da ÜDM-in son 70 ildə ən böyük artımı gözlənilir Proqnozda 2023-cü ildə inflasiya səviyyəsi də 2,1 faiz səviyyəsində güman edilir
Maliyyə
15 Mart , 2021 14:17
ABŞ-da ÜDM-in son 70 ildə ən böyük artımı gözlənilir

Bu il ABŞ-da ÜDM-in 8 faizlik artımı gözlənilir.

“Report” “Axios”a istinadən xəbər verir ki, bu barədə “Goldman Sachs” bankı dünən müştərilərinə göndərdiyi bildirişdə qeyd edib.

“Cari büdcə siyasətinə dair xəbərlərin təhlilinə əsas ÜDM-yə dair proqnozumuzu artıraraq 2021-ci ildə 8 faiz artım, işsizlik göstəricisini isə 2021-ci ilin sonunda 4 faiz səviyyəsində, yəni razılaşdırılmış proqnozlar arasında ən aşağı səviyyədə, həmçinin 2022-ci ildə 3,5 faiz, 2023-cü ildə də 3,2 faiz səviyyəsində gözləyirik”, – bildirişdə göstərilir. Proqnozda 2023-cü ildə inflyasiya səviyyəsi də 2,1 faiz səviyyəsində güman edilir.

ABŞ-ın əksər ekspertləri bu il 4,7 faizlik ÜDM artımı gözləyirlər. Ötən ilin noyabr ayındakı proqnoz isə 3,9 faiz olub. “Goldman Sachs”ın cari ilə dair həddindən artıq nikbin proqnozu ta 1951-ci ildən bu yana ən yüksək göstərici nəzərdə tutaraq ABŞ-ın koronavirus fəsadlarını bütövlükdə dəf etməsi deməkdir.

Xatırladaq ki, pandemiya üzündən 2020-ci ildə ölkədə ÜDM 4,1 faiz azalmışdı.

Son xəbərlər

Orphus sistemi