ABŞ dolları avro qarşısında ucuzlaşıb

ABŞ dolları avro qarşısında ucuzlaşıb ABŞ dollarının məzənnəsinin digər əsas dünya valyutalarına nisbətdə artımı ləngiyib, Avropanın əsas valyutasına nisbətdə isə azalıb.
Maliyyə
6 Sentyabr , 2022 10:28
ABŞ dolları avro qarşısında ucuzlaşıb

ABŞ dollarının məzənnəsinin digər əsas dünya valyutalarına nisbətdə artımı ləngiyib, Avropanın əsas valyutasına nisbətdə isə azalıb.

“Report” xəbər verir ki, avronun dollara qarşı məzənnəsi 0,9951 dollaradək artıb. Dolların indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,21% azalaraq 109,59 bənd təşkil edib. Xatırladaq ki, ötən gün indeks 110,05 bəndə çatmışdı, bu isə 2002-ci ilin iyun ayından sonra ən yüksək göstəricidir.

İnvestorlar ABŞ-ın xidmət sektorunda (Services ISM) işgüzar aktivlik indeksinin açıqlanmasını gözləyirlər. Analitiklər avqustda indeksin iyuldakı 56,7%-dən 55,1%-ə enəcəyini gözləyirlər.

İngilis versiyası US dollar falls against euro

Son xəbərlər

Orphus sistemi