ABŞ dollarının məzənnəsinin artması qızılı ucuzlaşdırıb

ABŞ dollarının məzənnəsinin artması qızılı ucuzlaşdırıb ABŞ valyutasının məzənnəsinin artması qızılın cüzi ucuzlaşmasına səbəb olub.
Maliyyə
27 Dekabr , 2021 11:01
ABŞ dollarının məzənnəsinin artması qızılı ucuzlaşdırıb

ABŞ valyutasının məzənnəsinin artması qızılın cüzi ucuzlaşmasına səbəb olub.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,07 %, yaxud 1,35 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 810,3 ABŞ dollarına satılıb.

Qızıl bazarında mənfi dinamika müşahidə olunur. Buna ABŞ dollarının indeksinin 0,12 % artaraq, 96,13 bəndə çatması səbəb olub.

Bundan başqa, epidemioloji vəziyyətlə bağlı narahatlığın səngiməsi də bu qiymətli metalın qiymətinin aşağı düşməsinə təsir göstərib. Belə ki, aparılmış araşdırmalar koronavirusun “omikron” ştamının digər ştamlardan təhlükəli olmadığını aşkara çıxarıb.

Son xəbərlər

Orphus sistemi