ABŞ dollarının möhkəmlənməsi qızılın ucuzlaşmasına səbəb olub

ABŞ dollarının möhkəmlənməsi qızılın ucuzlaşmasına səbəb olub Qızıl möhkəmlənən ABŞ dollarının təzyiqi altında ucuzlaşıb.
Maliyyə
10 Yanvar , 2022 11:04
ABŞ dollarının möhkəmlənməsi qızılın ucuzlaşmasına səbəb olub

Dünya birjasında qızıl möhkəmlənən ABŞ dollarının təzyiqi altında ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,3% və ya 5,35 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 791,95 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçersləri isə 0,44% ucuzlaşaraq, 1 unsiyası 22,31 ABŞ dolları səviyyəsinə düşüb.

Dəyərli metallar bazarında müşahidə olunan mənfi dinamikanın səbəbkarı olan ABŞ dollarının indeksi 0,22% artaraq, 95,93 bənd səviyyəsinə çatıb.

Analitiklərin proqnozlarına görə, qızılın 1 unsiyasının qiyməti 1 800 ABŞ dollarından yuxarı qalxmayacaq.

Son xəbərlər

Orphus sistemi