Bu gün ABŞ-ın əsas fond indekslərindən biri olan “Dow Jones”, yeni omicron koronavirus ştamının yayılması ilə bağlı xəbərlər fonunda 2,5% dəyərdən düşərək 34,899,34 səviyyəsinə enib.
“Report” xəbər verir ki, bu 2020-ci ilin oktyabrından bəri indiyədək ən pis göstəricidir.
Digər əsas ABŞ indeksləri də əhəmiyyətli dərəcədə azalıb.
“Nasdaq” elektron birjasının indeksi 2,2 faiz enərək 15 491,66 bəndə, “Standard & Poor 500” indeksi 2,3 azalaraq 4 594,62 bəndə düşüb.
Hər üç indeks üçün bu, bütün ticarət tarixində “Qara Cümə” günündə ən əhəmiyyətli enişdir. Adətən bu gün istehlakın kəskin sıçrayışı birjalara müsbət təsir göstərir.