ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda qızıl cüzi ucuzlaşıb.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,07% və ya 1,35 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 815,05 ABŞ dollarına satılıb.
ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 1,772%-dən 1,839% səviyyəsinə çatıb.
İnvestorlar Federal Ehtiyatlar Sisteminin (FES) gələcək addımlarını təxmin etmək üçün ABŞ-la bağı iqtisadi məlumatları izləyirlər. Belə ki, həftə ərzində ABŞ-da yeni tikililərin və işsizliklə bağlı müavinət üçün müraciətlərin sayı haqqında statistikalar açıqlanacaq.