ABŞ iqtisadi paketin qəbulundan sonra dollar ucuzlaşır

ABŞ iqtisadi paketin qəbulundan sonra dollar ucuzlaşır Dollar indeksi 0,15% azalaraq 90,19 bəndə düşüb.
Maliyyə
28 Dekabr , 2020 12:16
ABŞ iqtisadi paketin qəbulundan sonra dollar ucuzlaşır

ABŞ dollarının məzənnəsi əsas dünya valyutalarına nisbətdə bazar ertəsi səhər saatlarında azalır, investorlar gələn ilin büdcəsinin bir hissəsi olaraq ölkə iqtisadiyyatına dəstək paketi ilə əlaqədar ABŞ-dan gələn xəbərləri qiymətləndirirlər.

“Report” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:02-yə olan məlumata görə, avronun dollara nisbəti əvvəlki bağlanış səviyyəsində qeydə alınan 1,2204-dən 1,221-ə qədər artıb. Dolların yenə nisbəti isə əvvəlki 103,48 səviyyəsindən 103,53-ə yüksəlib. Dollar indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə qarşı dollar məzənnəsi) 0,15% azalaraq 90,19 bəndə düşüb.

Daha əvvəl Ağ Ev ABŞ Prezidenti Donald Trampın koronavirus pandemiyası ilə bağlı 900 milyard dollarlıq iqtisadi yardım paketini də özündə ehtiva edən 2021-ci ilin büdcəsini imzaladığını açıqlayıb.

Bazarlar Britaniyanın Aİ-dən tam çıxmasından və keçid dövrünün bitməsindən sonra krallığın iqtisadiyyatının perspektivlərini qiymətləndirməyə davam edir. Britaniya və Aİ dekabrın 24-də 1 yanvar 2021-ci il tarixində qüvvəyə minməli olan “Brexit” üzrə ticarət razılaşması imzalayıb. İki min səhifədən ibarət olan razılaşma sənədi iclası dekabrın 30-na planlaşdırılan Britaniya Parlamenti tərəfindən təsdiqlənməlidir.

Son xəbərlər

Orphus sistemi