ABŞ şirkətlərinin kreditorlara olan istiqraz və ya kredit şəklindəki ümumi borcu 10,5 trilyon ABŞ dollara çatıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Bank of America (BofA) hesabatına görə, bu rəqəm son 50 ildə 30 dəfə artıb.
Məlumata görə, bu borcun böyük hissəsi “AAA”dan “BBB”yə qədər yüksək "investisiya yatırıla bilər” kredit reytinqi olan ABŞ şirkətlərinə məxsusdur. Bu seqmentdəki borc son 10 ildə 2 dəfədən çox artaraq 7,2 trilyon ABŞ dollara çatıb.
Qeyd edək ki, "investisiya yatırıla bilər” səviyyəsindəki borcun təxminən yarısı (3,6 trilyon ABŞ dolları) spekulyativ və ya “zibil” səviyyəsindən bir neçə pillə yüksəktə olan “BBB” səviyyəsi sərhədində yerləşir.