ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) ticarətdəki dəyişkənlik və sosial mediadakı aktivlik səbəbindən 15 şirkətin qiymətli kağızları ilə alqı-satqını dayandırıb.
“Report” “banki.ru”ya istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin press-relizində bildirilib.
“Son bazar dəyişkənliyi dövründə investorlardan potensial istifadə cəhdlərinə cavab vermək üzrə davam edən səylərin bir hissəsi olaraq, Qiymətli Kağızlar və Birja Komissiyası bu gün şübhəli ticarət aktivliyi və sosial şəbəkələrdəki fəaliyyəti səbəbi ilə 15 şirkətin qiymətli kağızlarının ticarətini dayandırıb”, - məlumatda deyilir.
Bəyanatda həmçinin qeyd olunur ki, sadalanan şirkətlərdən heç biri bir ildən çoxdur şirkətlərin qiymətli kağızlarının siyahıya alındığı SEC və birjadan kənar bazarlara heç bir məlumat təqdim etməyib.
Səhmləri ilə ticarət edilməsi dayandırılan şirkətlər bunlardır: “Bebida Beverage”, “Blue Sphere Corporation”, “Ehouse Global”, “Eventure Interactive”, “Eyes on the Go”, “Green Energy Enterprises”, “Helix Wind”, “International Power Group”, “Marani Brands”, “MediaTechnics”, “Net Talk.com”, “Patten Energy Solutions Group, “PTA Holdings”, “Universal Apparel & Textile Company” və “Wisdom Homes of America”.
Tənzimləyici sosial şəbəkələrdə paylaşımların təşviqi ilə əlaqəli şübhəli ticarət fəaliyyətini fəal şəkildə izlədiyini və ictimai maraqları qorumaq lazım olduğu təqdirdə tez bir zamanda buna reaksiya verərək bu cür ticarəti dayandırmaq niyyətində olduğunu qeyd edib.
Xatırladaq ki, yanvar ayında ABŞ fond bazarında “Reddit” onlayn platformasında altı milyondan çox üzvü olan “WallStreetBets” qrupunun hərəkətləri fonunda “GameStop” mağazalar şəbəkəsi və bir sıra digər aktivlərdən başlayaraq ayrı-ayrı şirkətlərin səhmlərində anomal bahalaşma olmuşdu. Fiziki şəxs olan investorlar azalma üçün oynayan treyderləri “soymaq” üçün səhmləri almağa başlamışdı. Diqqət hec fondların çox sayda qısa mövqeyə sahib olduğu aktivlərə yönəldilmişdi. Fəallığın məqsədi fondları kəskin artan aktivləri satın alaraq “şort”larını bağlamağa məcbur etmək idi. Bu isə onların qiymətlərini daha da yüksəldəcək.