“Access Bank” bu ilin 9 ayını mənfəətlə başa vurub

“Access Bank” bu ilin 9 ayını mənfəətlə başa vurub “Access Bank” QSC bu ilin yanvar-sentyabr aylarını 3,038 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 90,501 milyon manat zərərlə başa vurmuşdu.
Maliyyə
22 Oktyabr , 2020 09:28
“Access Bank” bu ilin 9 ayını mənfəətlə başa vurub

“Access Bank” QSC bu ilin yanvar-sentyabr aylarını 3,038 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 90,501 milyon manat zərərlə başa vurmuşdu.

“Report” xəbər verir ki, 9 ay ərzində “Access Bank”ın gəlirləri 79,238 milyon manat (illik müqayisədə 17,4% az), xərcləri 75,687 milyon manat (7,4% az), xüsusi ehtiyatlara ayırmaları 513 min manat (99,5% və yaxud 204,2 dəfə az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Access Bank”ın aktivləri 902,114 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,4% çoxdur. Bunun 474,576 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,9% kiçilib.

Hesabat dövründə “Access Bank”ın öhdəlikləri 10,2% artaraq 805,765 milyon manata çatıb, o cümlədən depozit portfeli 6,2% azalaraq 606,338 milyon manata düşüb, balans kapitalı isə 3,5% artaraq 96,349 milyon manat olub.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), “Responsability Management Company S.A.” (7,11%), “Responsibility SICAV (Lux)” (2,91%), EFSE (2,78%), “Symbiotics SICAV (Lux)” (2,27%), GGF (1,77%), “LFS Advisory GmbH” (1,27%), Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%).

Son xəbərlər

Orphus sistemi