ADB: Bu il Azərbaycanda inflyasiya 3,8% olacaq

ADB: Bu il Azərbaycanda inflyasiya 3,8% olacaq Bu, bankın iyun ayındakı proqnozu ilə müqayisədə 1 faiz bəndi, aprel ayı ilə müqayisədə 1,3 faiz bəndi çoxdur
Maliyyə
2 Oktyabr , 2020 14:46
ADB: Bu il Azərbaycanda inflyasiya 3,8% olacaq

Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiyanın 3,8% səviyyəsində olacağını proqnozlaşdırır ki, bu da iyun ayındakı proqnozu ilə müqayisədə 1 faiz bəndi, aprel ayı ilə müqayisədə 1,3 faiz bəndi çoxdur.

“Report” bankın yenilənmiş “Asian Devolopment Outlook 2020” hesabatının 2020-ci il sentyabr buraxılışına istinadən xəbər verir ki, gələn il isə Azərbaycanda inflyasiya aprel və iyun aylarında 3,5% səviyyəsində verilən proqnoza qarşı, yenilənmiş hesabatda 3,2% səviyyəsində reallaşacağı proqnozlaşdırılır.

Ümumilikdə bu il Mərkəzi Asiya regionunda inflyasiyanın 8,3% (aprel proqnozunda 7,6%, iyunda isə 8%), gələn il isə 6% (aprel proqnozunda 6,3%, iyunda isə 6,6%) səviyyəsində olacağı gözlənilir.

Bu il region ölkələrindən Gürcüstanda inflyasiya 6% (aprel proqnozunda 4,5%, iyunda isə 5%), Qazaxıstanda isə 7,7% (6% və 7,9% müvafiq olaraq) səviyyəsində olacağı gözlənilir. Gələn il isə bu ölkələrdə inflyasiya müvafiq olaraq 4,5% və 6,2% səviyyəsində qərarlaşacaq.

Hesabata əsasən, bu il təklifdəki məhdudiyyətlərin tələbin azalmasını üstələdiyi üçün Mərkəzi Asiya Regionun inflyasiya gözləntiləri artırılır.

Son xəbərlər

Orphus sistemi