ADB: Ermənistan ilə 44 günlük hərbi münaqişənin iqtisadi təsiri çox az olub

ADB: Ermənistan ilə 44 günlük hərbi münaqişənin iqtisadi təsiri çox az olub Pandemiya və neft hasilatının ixtisarı ilə yaranmış təzyiqə məruz qalmış Azərbaycan iqtisadiyyat 2020-ci ildə tənəzzülə uğramışdır
Maliyyə
28 Aprel , 2021 10:59
ADB: Ermənistan ilə 44 günlük hərbi münaqişənin iqtisadi təsiri çox az olub

"Pandemiya və neft hasilatının ixtisarı ilə yaranmış təzyiqə məruz qalmış Azərbaycan iqtisadiyyat 2020-ci ildə tənəzzülə uğramışdır. İnflyasiyada bir az artım müşahidə olunub və neft qiymətləri ilə neft hasilatının azalması nəticəsində neft ixracına zərər vurulması ilə cari əməliyyatlar hesabında kəsir yaranıb".

“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook” hesabatının "Financing a green and inclusive recovery" adlı aprel sayında bildirilir.

Hesabata görə, pandemiyanın zəifləməsi və tələbatın bərpa olması ilə əlaqədar olaraq, artımın 2021-ci ildə yenidən başlanması və 2022-ci ildə sürətlənməsi, bununla da inflyasiyanı bir qədər artırması və neft qiymətləri və neft hasilatının artması ilə cari əməliyyatlar hesabının profisitini bərpa etməsi proqnozlaşdırılır.

“Kiçik və orta müəssisələrin maliyyə vəsaitinə çıxış imkanlarının artırılmasında ehtiyac duyulur. İqtisadi vəziyyət COVID-19 pandemiyası və hasilatın ixtisarına dair razılaşmaya əsasən neft hasilatının azaldılması səbəbindən 2019-cu ildə 2,5 % təşkil etmiş iqtisadi artımda 4,3 % azalma müşahidə olunub. Ermənistan ilə 44 günlük hərbi münaqişənin iqtisadi təsiri çox az olub. Təklif sahəsinə gəldikdə, sənaye sektorunun üçdə ikisini təşkil edən mədənçıxarma sənayesində əsasən neft hasilatının azalması ilə bağlı 7,4 %-ə bərabər azalmanın baş verməsi nəticəsində 2019-cu ildə 1 % artım nümayiş etdirmiş sənaye sektorunda 5,6 % azalma baş verib. İlk sıralarda mebel, tekstil, kimyəvi maddələr və informasiya texnologiyaları ilə bağlı cihazlar olmaqla, istehsalda 10,4 % artım baş verib. 2019-cu ildə 2,8 % azalma yaşamış tikinti sektorunda investisiyaların azalması səbəbindən əlavə 8,7 % dəyərində azalma baş verib.

2019-cu ildə 3,8 % artım nümayiş etdirmiş xidmət sektorunda 58,9 % səviyyəsində ən yüksək azalmanın turizmdə yaşanması ilə 3,9 % azalma baş verib, eyni zamanda pərakəndə satış sahəsində 1,3 % azalma müşahidə olunub. Heyvandarlıq sahəsində 3,1 % artımın baş verməsinə baxmayaraq, kənd təsərrüfatı sahəsində artım 2019-cu ildə 7,3 %-dən 1,9 %-ə qədər düşüb.

Yalnız 2020-ci ilin ilk 9 ayı üçün məlumatları mövcud olan tələbat sahəsinə gəldikdə, böyük şəhərlərdə üç dəfə tətbiq olunmuş sərt karantinin tələbatı azaltması nəticəsində 2019-cu ilin eyni dövründə 6,9 % artım nümayiş etdirmiş fərdi istehlakda 3,6 % azalma müşahidə olunub.

Dövlət sektorunun istehlakında, pandemiyaya qarşı cavab tədbirləri çərçivəsində 38 000 müvəqqəti iş yerinin yaradılması daxil olmaqla, dövlət sektorunda məşğulluğun 26,1 % artmasını əks etdirən 10 %-dən yüksək artım müşahidə olunub.

Həm dövlət, həm özəl investisiyalarının azalmasını nəzərə alaraq, əsasən yerli mənbələrdən təmin edilən investisiyalarda 8,3 % azalma nümayiş etdirib. Karbohidrogen ixracının azalması ilə xalis ixrac sahəsində kəskin azalma yaşanıb.

2019-cu ildə 2,6 % təşkil edən inflyasiya, bir qədər artaraq, 2,8 %-ə çatıb, bu da, əsasən, ərzaq inflyasiyasının 2019-cu ildə 3,8 %-dən 5 %-ə qədər yüksəlməsi ilə bağlıdır. Pandemiyanın tələbata təsir göstərməsini nəzərə alaraq, digər əmtəə qiymətləri yalnız 1,3 % və xidmətlər ilə bağlı qiymətlər 1 % yüksəlib.

Tələbatın azalması, sabit valyuta məzənnəsi və qiymətlərə nəzarət vasitəsilə inflyasiyanın ilin ikinci yarısında məhdlaşdırılmasına görə 2020-ci ilin birinci rübündə yüksək inflyasiya ilə bağlı gözləmələr nəticə etibarilə azaldılıb.

Son xəbərlər

Orphus sistemi