Aprelin 27-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "AG Bank" ASC-nin daşınmaz əmlakının satışı üzrə növbəti açıq hərrac keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət Xaçmaz rayonu, Dalğalı qəsəbəsindəki 0,1 hektarlıq torpaq sahəsindən gedir. Əmlakın satışı martın 2-nə və 16-na təyin edilmiş hərraclarda baş tutmadığından onun qiyməti 30% azaldılaraq 45 min manatdan 31,5 min manata endirilib.