"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi - “ADY Konteyner” MMC könüllü tibbi sığorta xidmətləri üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini martın 19-u, saat 14:00-a qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 13A ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (051) 255-63-82 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.