İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC Ağdam Sənaye Parkında tədbirlərin təşkil edilməsi ilə bağlı tərtibat işlərinin görülməsinə dair elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Məişət İst" MMC-dir.
Qalib şirkətə 8,693 milyon manat ödəniləcək.