Aİ Rusiya vətəndaşlarının 21 milyard avro dəyərində aktivlərini dondurub

Aİ Rusiya vətəndaşlarının 21 milyard avro dəyərində aktivlərini dondurub Bu il martın əvvəlinədək Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarının sanksiyalar tətbiq olunan təxminən 21 milyard avro məbləğində aktivlərini dondurub.
Maliyyə
10 Mart , 2023 10:52
Aİ Rusiya vətəndaşlarının 21 milyard avro dəyərində aktivlərini dondurub

Bu il martın əvvəlinədək Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarının sanksiyalar tətbiq olunan təxminən 21 milyard avro məbləğində aktivlərini dondurub.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, 2022-ci ilin oktyabr ayınadək 17,4 milyard avro dəyərində aktivlərin dondurulduğu bildirilirdi. Rəsmi məlumatlara görə, Ukraynada münaqişə başlamazdan əvvəl Rusiyanın Aİ-yə yatırdığı investisiyaların ümumi həcmi 136 milyard avro həcmində qiymətləndirilirdi.

Qeyd edək ki, Aİ Rusiyaya qarşı 10 sanksiya paketi tətbiq edib. Rusiya hakimiyyətinin təxminən 1 500 nümayəndəsinə qarşı hazırda məhdudlaşdırıcı tədbirlər tətbiq olunur.

Son xəbərlər

Orphus sistemi