Ali Audit Qurumlarının Müstəqillik İndeksinə dair hesabat müzakirə olunub

Ali Audit Qurumlarının Müstəqillik İndeksinə dair hesabat müzakirə olunub Bu gün Hesablama Palatası ilə Dünya Bankının “Ali Audit Qurumlarının Müstəqillik İndeksinə dair 2021-ci ilin Qlobal Sintez Hesabatı” mövzusunda birgə tədbiri keçirilib.
Maliyyə
28 İyul , 2021 17:44
Ali Audit Qurumlarının Müstəqillik İndeksinə dair hesabat müzakirə olunub

Bu gün Hesablama Palatası ilə Dünya Bankının “Ali Audit Qurumlarının Müstəqillik İndeksinə dair 2021-ci ilin Qlobal Sintez Hesabatı” mövzusunda birgə tədbiri keçirilib.

"Report" Palataya istinadən xəbər verir ki, tədbirdə qurumun sədri Vüqar Gülməmmədov və sahə üzrə məsul əməkdaşları, Dünya Bankının Bakı ofisinin rəhbəri Sara Maykl və nümayəndələri, eləcə də, media nümayəndələri iştirak edib.

S.Maykl “Ali Audit Qurumlarının Müstəqillik İndeksinə dair 2021-ci ilin Qlobal Sintez Hesabatı” layihəsi barədə məlumat verib. Daha sonra V.Gülməmmədov qısa nitqlə çıxış edib.

Tədbirə onlayn qatılaraq hesabatı təqdim edən Dünya Bankının meneceri Den Boys, PETA Katibliyinin və Dünya Bankının dövlət maliyyəsi idarəçiliyi üzrə qlobal rəhbəri Srinavas Qruzade bildiriblər ki, Dünya Bankının müvafiq İdarəetmə qruplarının apardığı 118 ölkənin Ali Audit Qurumlarının (AAQ) müstəqillik indeksinin qiymətləndirilməsi layihəsi 2019-cu ilin oktyabrından 2021-ci ilin may ayınadək davam edib, Dünya Bankından borcalan ölkələrin idarəetmə qrupları və İdarəetmə Qlobal Tətbiqi üçün hərtərəfli məlumat bazası yaratmaq, AAQ-nın qlobal vəziyyətini və inkişaf üçün boşluqları müəyyənləşdirmək məqsədini daşıyıb.

Hesabatda qeyd olunub ki, bütün dünyada AAQ-lar qabaqcıl idarəetmə, şəffaflıq və hesabatlılığın təşviqində mühüm rol oynayır, eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrasının izlənilməsinə kömək edirlər. Lakin məlumat məhdudiyyətləri səbəbindən bu qiymətləndirmə yalnız 118 ölkəni əhatə edib, müstəqillik dərəcəsinə əsasən hər bir ölkənin AAQ-ına müstəqillik dərəcəsi müəyyən edilib. 118 ölkə üzrə qiymətləndirmənin nəticələri 1977-ci il Lima Bəyannaməsinin AAQ-ların müstəqilliyinə dair tələblərinin qarşılamaq üçün hələ bir sıra müvafiq işlərin görülməsinin vacibliyini göstərib. Eyni zamanda, Dünya Bankının tapşırıq qruplarını və inkişaf tərəfdaşlarını müştəri (borcalan) ölkələrdə AAQ-ların gücləndirilməsinə dəstək vermək üçün məlumatlandırmağı hədəfləyən Qlobal qiymətləndirmə layihəsindən əldə edilən nəticələr 118 ölkə arasında yalnız 2 ölkənin ən yüksək müstəqillik dərəcəsinə malik olduğunu müəyyən edib, 17 ölkənin, o cümlədən, Azərbaycanın müstəqilliyinin yüksək, 33 ölkənin müstəqilliyinin əhəmiyyətli dərəcədə, 37 ölkənin müstəqilliyinin orta, 29 ölkənin müstəqilliyinin isə aşağı olduğu təsbit edib.

Son xəbərlər

Orphus sistemi