Ən zəngin çinli milyarderlərdən biri, “Alibaba”nın qurucusu Cek Manın sərvəti şirkətə qarşı başladılan antimonopol araşdırma səbəbi ilə onun səhmlərinin “çökməsi” nəticəsində bir gündə 3,5 milyard ABŞ dollarından çox həcmdə azalıb.
“Report” “Prime”a istinadən xəbər verir ki, bunu “Forbes Real-Time” reytinqinin məlumatları göstərir.
Cümə axşamı hərracların sonunda Manın sərvəti təxminən 57,3 milyard ABŞ dolları dəyərində idi. “Forbes”un məlumatlarına əsasən, bir günə bu sərvət 3,6 milyard ABŞ dolları dəyərində itki ilə üzləşib. İş adamı reytinqdə 19-cu yerdədir.
Cümə axşamı “Alibaba”nın Honkonq və Nyu-York birjalarındakı səhmləri şirkətə qarşı antimonopol istintaqın başladılması xəbəri ilə ciddi düşüş yaşayıb. Şirkətin səhmləri Honkonqda 8,1%, NASDAQ-da isə 13,3% dəyər itirib.