Almaniya Bundestaqı (parlamenti) 2021-ci il üçün büdcə layihəsini cümə günü son oxunuşda qəbul edib.
“Report” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat verib.
Yeni büdcənin təsdiqi ilə bağlı səsvermədə 361 deputat lehinə, 258 parlamentari isə əleyhinə səs verib. Bitərəf olmayıb.
Gələn il üçün büdcə 498,6 milyard avro təşkil edəcək. Bunlardan 179,8 milyard avro borc öhdəlikləri şəklindədir. Bunun üçün Bundestaq dövlət borcunun məhdudlaşdırılması mexanizmini dayandırmalı olub.
Bu il federativ respublikanın borcları 218 milyard avro təşkil edib. Bu, AFR tarixinin ən böyük göstəricisidir. Bundan əvvəl - 2015-ci ildən bəri respublika kəsirsiz büdcə qəbul edib və heç bir borc almayıb.