Ötən ilin son rübündə ABŞ texnologiya nəhənglərindən biri olan “Google”un əsas şirkətlərindən “Alphabet”in xalis mənfəəti 2019-cu ilin eyni dövrü ilə müqayisədə 42,7 % artaraq 15,23 mlrd ABŞ dollara çatıb, 2020-ci il üzrə isə bu göstərici 17,2 % artaraq 40,269 mlrd ABŞ dollara yüksəlib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, ötən ilin son rübündə “Alphabet”in gəliri illik müqayisədə 23,5 % artaraq 56,9 milyard ABŞ dollara, ümumilikdə 2020-ci ildə isə illik müqayisədə 12,8 % artaraq 182,5 mlrd ABŞ dollara çatıb.
Ötən ilin son rübündə “Alphabet”in hər səhminə görə mənfəət illik müqayisədə 45,3 % artaraq 22,30 ABŞ dolları, 2020-ci il ərzində isə 19,2 % artaraq 58,61 ABŞ dollara yüksəlib.