AMB: "Azərbaycanda sığortaçıların maliyyə dayanıqlığı qənaətbəxşdir"

AMB: "Azərbaycanda sığortaçıların maliyyə dayanıqlığı qənaətbəxşdir" Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov "Report"a müsahibə verib:
Maliyyə
14 Mart , 2022 17:00
AMB: Azərbaycanda sığortaçıların maliyyə dayanıqlığı qənaətbəxşdir
Vüsal Qurbanov

Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov "Report"a müsahibə verib:

- Tənzimləyici qurum olaraq sığorta bazarına necə nəzarət edirsiniz?

- AMB-nin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində sığortaçıların maliyyə dayanıqlığı mütəmadi yoxlanılır. Hazırda bu sahədə vəziyyət qənaətbəxşdir. Biz həmçinin sığorta şirkətlərinin istehlakçılara göstərdikləri xidmətin keyfiyyətini, müştərilərlə davranışını nəzarətdə saxlayırıq, lazım olduqda qanunvericiliyə uyğun tədbirlər görürük.

- Sığorta şirkətlərindən sizə şikayətlər olunurmu? Qanunsuz halların qarşısını necə alırsınız?

- AMB-nin şikayətlərlə bağlı qaynar xətti mövcuddur və sığorta sahəsi ilə bağlı istənilən müraciəti qəbul edirik. Hazırda şikayətlərin sayının azalması, müştərilərə göstərilən xidmətin səviyyəsinin artırılması üçün bir neçə layihə həyata keçirilir. Bu layihələr müstəqil ekspert institunun yaradılması, mübahisələrin həlli üçün müvafiq instansiyanın qurulması, sığortalılar və sığortaçılar arasında anlaşılmazlıqların operativ qaydada aradan qaldırılması istiqamətindədir.

- Azərbaycan əhalisi sığorta barədə nə dərəcədə məlumatlıdır?

- AMB-nin sığorta sektorunun inkişafı üçün həyata keçirdiyi layihələrdən biri əhalinin və biznes subyektlərinin maarifləndirilməsi ilə bağlıdır. Bu istiqamətdə həm "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi, həm də İcbari Sığorta Bürosu ilə əməkdaşlıq edilir, əhali və biznes subyektləri baş verə biləcək risklər barədə məlumatlandırılır. Ölkə prezidentinin də bununla bağlı tapşırıqları var. Ümumiyyətlə, AMB sığorta sahəsində tənzimləyici quruma çevriləndən sonra maarifləndirmə istiqamətində silsilə tədbirlər həyata keçirib. İlkin olaraq əhali və biznes subyektləri arasında müvafiq sorğular aparılıb, hansı tədbirlərə ehtiyac olması müəyyən edilib. Ötən ildən başlayaraq görülən maarifləndirmə tədbirləri həm Bakıda, həm də bölgələrdə sığorta üzrə əhatəliliyə, sığorta təminatının genişləndirilməsinə xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi