AMB: "Bu il valyuta hərraclarının 97 %-də təklif tələbi üstələyib"

AMB: "Bu il valyuta hərraclarının 97 %-də təklif tələbi üstələyib" Bu ilin yanvar-aprel aylarında valyuta hərraclarının 97%-də təklif tələbi üstələyib.
Maliyyə
3 May , 2023 10:09
AMB: Bu il valyuta hərraclarının 97 %-də təklif tələbi üstələyib

Bu ilin yanvar-aprel aylarında valyuta hərraclarının 97 %-də təklif tələbi üstələyib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici amillərinə azaldıcı təsir edir.

"Milli valyutanın nominal effektiv məzənnəsi 2022-ci ildə 8,4 %, 2023-cü ilin 4 ayında 4,8 % möhkəmlənib. Bununla bərabər, monetar şəraitə dair qəbul edilmiş qərarlar da inflyasiyanın tələb amillərini məhdudlaşdırır", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi