Azərbaycan Mərkəzi Bankı (AMB) "Consolation" MMC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verib
“Report” bu barədə AMB-yə istinadən xəbər verir.
Beləliklə, hazırda Azərbaycanda 57 hüquqi şəxs sığorta agenti lisenziyasına malikdir.
Xatırladaq ki, "Consolation" 2024-cü ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manatdır.