AMB daha bir şirkətə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib

AMB daha bir şirkətə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib Azərbaycan Mərkəzi Bankı (AMB) "Money Shop" MMC-yə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib
Maliyyə
4 Noyabr , 2024 14:13
AMB daha bir şirkətə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Money Shop" MMC-yə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Beləliklə, hazırda Azərbaycanda "Eliko", "Delta Capital", "Zuhur", "Bakı Mərkəzi Valyuta" və "Meta-Kapital" MMC-lərlə birlikdə 6 hüquqi şəxs sözügedən lisenziyaya malikdir.

Xatırladaq ki, "Money Shop" 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 94, fəaliyyət ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 8, nizamnamə kapitalı isə 660 min manatdır. Bu məbləğ şirkətə paytaxtda bir valyuta dəyişmə məntəqəsi ilə fəaliyyətini davam etdirməyə imkan verir.

Son xəbərlər

Orphus sistemi