AMB IFC ilə birgə layihələri müzakirə edib

AMB IFC ilə birgə layihələri müzakirə edib Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında həyata keçirilən layihələr müzakirə edilib.
Maliyyə
18 Dekabr , 2023 17:03
AMB IFC ilə birgə layihələri müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında həyata keçirilən layihələr müzakirə edilib.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Bu gün ölkəmizdə səfərdə olan IFC-nin Avropa, Latın Amerikası və Karib hövzəsi üzrə regional vitse-prezidenti Alfonso Garcia Moranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Görüş zamanı IFC-nin Azərbaycandakı fəaliyyəti, aramızdakı əməkdaşlığın cari vəziyyəti, həyata keçirilən layihələr və potensial əməkdaşlıq imkanları ilə bağlı məhsuldar fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi