2021-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) işçilərinə 22,103 milyon manat xərc çəkib.
"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 4,2% çoxdur.
Bundan başqa, hesabatda deyilir ki, bu il yanvarın 1-nə AMB-nin işçilərinə verdiyi kreditlərin məbləği 550 min manat təşkil edib. Bu isə ötən il yanvarın 1-nə nisbətən 5% azdır.