Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının ümumi dəyəri 300 milyon manat təşkil edir.
“Report” quruma istinadən xəbər verir ki, bu, iyulun 14-ü ilə müqayisədə 100 milyon manat və yaxud 25% azdır, 49 aylıq minimumun yenilənməsidir.
Xatırladaq ki, 2017-ci il iyunun 8-də AMB-nin dövriyyədə olan notlarının ümumi dəyəri 150 milyon manat təşkil edib.