AMB-nin sədri: "Kredit faizlərimiz region ölkələri ilə müqayisədə aşağıdır"

AMB-nin sədri: "Kredit faizlərimiz region ölkələri ilə müqayisədə aşağıdır" Azərbaycanda kredit faizləri region ölkələri ilə müqayisədə aşağıdır.
Maliyyə
23 İyun , 2023 12:41
AMB-nin sədri: Kredit faizlərimiz region ölkələri ilə müqayisədə aşağıdır

Azərbaycanda kredit faizləri region ölkələri ilə müqayisədə aşağıdır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

"Bu gün Azərbaycanda orta kredit faizi hüquqi şəxslər üzrə 10,1 %, fiziki şəxslər üzrə 16,1 %-dir. Rusiyada bu göstəricilər müvafiq olaraq 8,9 % və 12,5 %, Gürcüstanda 4,5 % və 18,6 %, Qazaxıstanda isə 18,9 % və 19,1 %-dir. Yüksək inflyasiya şəraitində kredit faizlərinin azaldılması məqbul hesab edilmir. Bu, qiymət artımını sürətləndə bilər", - deyə baş bankir qeyd edib.

Son xəbərlər

Orphus sistemi