AMB-nin valyuta ehtiyatlarının idarə edilməsindən gəliri 43% azalıb

AMB-nin valyuta ehtiyatlarının idarə edilməsindən gəliri 43% azalıb AMB-nin valyuta ehtiyatları cari fəaliyyəti təmin edən əməliyyat və yığım aləti olan 14 investisiya tranşlarına bölünüb
Maliyyə
15 Mart , 2021 09:48
AMB-nin valyuta ehtiyatlarının idarə edilməsindən gəliri 43% azalıb

2020-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları pandemiyadan irəli gələn və beynəlxalq səviyyədə irimiqyaslı monetar və fiskal stimullaşdırma ilə müşayiət olunan qlobal iqtisadi şok şəraitində idarə edilib və valyuta ehtiyatlarının idarə edilməsi siyasətinin əsas prioriteti vəsaitlərin təhlükəsiz və likvid şəkildə qorunub saxlanması olub.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, valyuta ehtiyatlarının idarə olunması strategiyası və qaydalarına müvafiq olaraq AMB-nin valyuta ehtiyatları cari fəaliyyəti təmin edən əməliyyat və yığım aləti olan 14 investisiya tranşlarına bölünüb, hər bir tranş təyinatına uyğun idarə edilib. Bilavasitə AMB-nin pul siyasətinin cari il ərzində dəstəklənməsinə xidmət edən əməliyyat tranşı xarici iqtisadi fəaliyyətin dominant valyutası olan ABŞ dollarında saxlanılıb. İnvestisiya gəliri əldə etmək məqsədinə xidmət edən investisiya tranşının isə 90 % ABŞ dolları, 7 % avro və 3 % ingilis funt sterlinqində saxlanılması təmin edilib. Nəticədə, hesabat dövrünün sonuna rəsmi valyuta ehtiyatlarının 90 %-ni ABŞ dolları, 5 %-ni avro, 2 %-ni ingilis funt sterlinqi və 3 %-ni isə SDR (BVF-in xüsusi borclanma hüquqları) təşkil edib.

İdarəetmənin səmərəliliyini təmin etmək məqsədilə AMB-nin valyuta ehtiyatları xarici ölkələrin likvid və yüksək keyfiyyətli dövlət, kvazi-dövlət və korporativ borc öhdəliklərinə investisiya edilməklə idarə edilib. İnvestisiya portfeli maliyyə alətləri və ölkələr üzrə geniş diversifikasiya olunmuş, qlobal makroiqtisadi mühitin, eləcə də xarici maliyyə bazarlarının təhlili xüsusi diqqət mərkəzində saxlanılıb.

Daxili idarəetmə ilə yanaşı, AMB 2020-ci ildə valyuta ehtiyatlarının idarə edilməsində xarici menecerlərlə əməkdaşlığı davam etdirib. Xarici menecerlərin xidmətlərindən istifadə ilə investisiya portfellərinin səmərəliliyi daha da artırılıb, habelə qabaqcıl dünya təcrübəsinin daxili idarəetməyə ötürülməsi istiqamətində tədbirlər görülüb.

2020-ci ildə AMB-nin valyuta ehtiyatları 112 milyon ABŞ dolları və yaxud 1,8 % artaraq dövrün sonuna 6,4 milyard ABŞ dolları təşkil edib. İl ərzində valyuta aktivlərinin idarə edilməsindən 93,65 milyon ABŞ dolları gəlir əldə olunub. Bu, 2019-cu illə müqayisədə 42,9% azdır.

Son xəbərlər

Orphus sistemi