Azərbaycan Mərkəzi Bankı (AMB) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə edilib.
“Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov özünün tviter hesabında yazıb.
Bildirilir ki, T. Kazımov ölkəmizdə səfərdə olan QDTİB-nin prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı AMB və QDTİB arasında əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb.