London birjasında "Sberbank"ın səhmləri 75,11% ucuzlaşaraq, 1,011 ABŞ dolları səviyyəsinə düşüb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Hazırda səhmlərlə ticarətin dayandırıldığı bildirilir.
"Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarından sonra bu ölkənin dövlət bankı olan “Sberbank”ın Avropadakı törəmə banklarını müflislik gözləyir".
“Report” DW-yə istinadən xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankı (ECB) bəyan edib.
Söhbət mənzil-qərargahı Avstriyada yerləşən “Sberbank Europe AG” bankından, həmçinin onun Xorvatiya və Sloveniyada yerləşən törəmə banklarından gedir.
Geosiyasi gərginliyin bankın nüfuzuna təsirində sonra maliyyə institutunun depozitlərin geri çəkilməsi ilə üzləşdiyi bildirilir. Bu isə bankın likvidlik vəziyyətinin pisləşməsinə səbəb olub.
Avstriyanın maliyyə bazarı idarəsi (FMA) “Sberbank Europe AG” bankına martın 2-dək moratorium qoyub. Yeganə istisna gündəlik tələbatlar üçün hər gün 100-dən çox olmayaraq vəsait çıxarmaq icazəsi olan əmanətçilər təşkil edir.