“Bakı-Sumqayıt qatarında bank kartları ilə ödənişin tətbiqinə başlanılması “Azərbaycanda Rəqəmsal Ödənişlərin Genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində reallaşdırılır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov bildirib.
“Həmin dövlət proqramı çərçivəsində biz ölkədə təmassız ödənişlərin əhəmiyyətli dərəcədə artmasına nail olmuşuq. Proqramı icrası ilə Azərbaycanda ödəniş kartlarının sayı 44 % artaraq 10,1 milyon ədədə, təmassız ödəniş kartlarının sayı isə 5,5 dəfə artaraq 4,6 milyon ədədə çatıb”.
Qeyd edək ki, Abşeron Dairəvi Dəmir Yolu Xəttində ödənişi sosial (pensiya) kartları ilə ödəmək də mümkün olacaq.