Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) əməkdaşlığın cari vəziyyətini və gələcək istiqamətlərini müzakirə edib.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov tviterdə bildirib.
"Bu gün ölkəmizdə səfərdə olan IMF-in Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Görüş zamanı əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi apardıq. Görüşdə həmçinin IMF-in Maddələr Sazişinin 4-cü maddəsi üzrə məsləhətləşmələrə hazırlıq çərçivəsində görüləcək işlər, Azərbaycanın gələcək inkişafı üçün IMF-in dəstək proqramları ətafında müzakirələr apardıq", - deyə o qeyd edib.