“American Express” Rusiyadakı tərəfdaşları ilə əməkdaşlığı dayandırıb

“American Express” Rusiyadakı tərəfdaşları ilə əməkdaşlığı dayandırıb ABŞ-ın “American Express” maliyyə şirkəti sanksiyaların tətbiqi fonunda Rusiya Federasiyasındakı tərəfdaşları ilə əməkdaşlığı dayandırır.
Maliyyə
2 Mart , 2022 08:54
“American Express” Rusiyadakı tərəfdaşları ilə əməkdaşlığı dayandırıb

ABŞ-ın “American Express” maliyyə şirkəti sanksiyaların tətbiqi fonunda Rusiya Federasiyasındakı tərəfdaşları ilə əməkdaşlığı dayandırır.

“Report” xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş bəyanatında deyilir.

"Bizim Rusiyada bir kart verən tərəfdaşımız və ödənişləri emal etmək üçün ticarət ekvayrinqdən istifadə edən tərəfdaşlarımızla kiçik biznes əlaqələrimiz var. Bu böhranın əvvəlindən ABŞ-ın və beynəlxalq tərəfdaşların sanksiyalarına əməl etdik və bu, fəaliyyətimizi dayandırmağımıza səbəb oldu. Rusiyadakı tərəfdaş banklarla əməkdaşlığı dayandıracaq və vəziyyətin inkişafı ilə əlaqədar bütün müvafiq qanunlara əməl olunmasına davam edəcəyik”, - açıqlamada bildirilir.

Son xəbərlər

Orphus sistemi