Avropanın və Niderlandın aparıcı bankı “ABN Amro” investisiya qoyuluşlarındakı zərərini kompensasiya etmək üçün qarşıdakı 4 il ərzində işçi qüvvəsinin 15%-ni ixtisar edəcək.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Bank bununla 840 milyon ABŞ dollarına qənaət etməyi planlaşdırır.
Hazırda “ABN Amro”nun 19 min nəfər işçisi var, ixtisarlardan sonra bu rəqəm 2 850 nəfər azalacaq.