Aqrar Sığorta Fondu audit xidməti üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini martın 15-i, saat 12:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Sorğunun nəticəsi martın 15-də, saat 15:00-da portalda açıqlanacaq.