Aqrar Sığorta Fondu 441 ədəd avtonəqliyyat vasitəsinin və digər daşınar əmlakının könüllü sığortalanması ilə bağlı kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.
İddiaçılar təkliflərini noyabrın 29-na qədər Fondun yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 175 ünvanına təqdim edə bilərlər.
Təkliflərə noyabrın 29-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.