“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” dövlət qeydiyyatına alınıb

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” dövlət qeydiyyatına alınıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-ni dövlət qeydiyyatına alıb.
Maliyyə
1 Sentyabr , 2020 09:28
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” dövlət qeydiyyatına alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-ni dövlət qeydiyyatına alıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 175, nizamnamə kapitalı əvvəlcədən deyildiyi kimi 2 187 500 manat, qanuni təmsilçisi isə Azər Əvəz oğlu Kərimovdur. O, bundan əvvəl “PAŞA Sığorta” ASC-nin Sığorta iddiaları və hüquqi təminat departamentinin rəisi, “Azərkosmos” ASC-də məxfi işlər üzrə mütəxəssis, “Kaas Telekom” MMC-nin baş direktoru vəzifələrində çalışıb. 

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin səhmdarları 7 sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir. Onların hər birini yeni kommersiya qurumunun nizamnamə kapitalına 315,5 min manat qoyub.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici təşkilatı kimi fəaliyyət göstərəcək. 

Son xəbərlər

Orphus sistemi