Azərbaycan Mərkəzi Bankının yenicə lisenziya verdiyi “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin 2 187 500 manatlıq nizamnamə kapitalı hər birinin nominal dəyəri 1 manat olan 2 187 500 ədəd səhm əsasında formalaşıb.
Bu barədə “Report” şirkətə istinadən xəbər verir.
Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” bu ilin avqust ayında yaradılıb. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.