Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC minik avtomobillərinin könüllü (KASKO) sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Qala Sığorta" ASC-dir.
Qalib şirkətə 5 264 manat ödəniləcək.